Geri

FHN “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsinin yekunlarına dair sərgi və mükafatların təqdimatı mərasimi keçirmişdir

31 may 2014-cü il tarixində FHN-nin Akademiyasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkil etdikləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsinin yekunlarına dair sərgi və mükafatların təqdimatı mərasimi keçirilmişdir.

Sərginin açılışında iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman naziri Azad Rəhimov Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra, nazirlər stendlərə baş çəkmiş, uşaqların əl işləri ilə tanış olmuşlar. Sərgidə 15 mart 2014-cü il tarixindən 10 may 2014-cü il tarixinədək məktəblər arasında keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş etdirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin Təşkilat Komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model, 67 yumşaq oyuncaq, 63 şeir təqdim olunub. 

Müsabiqəyə təqdim olunan işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. 

İştirakçılardan 23 nəfər birinci, 32 nəfər ikinci, 28 nəfər üçüncü yeri tutub, 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.

Mükafatların təqdim edilməsi mərasimində çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki,

Azərbaycan seysmik zonada yerləşir, sel daşqınları, sürüşmələr baş verən zonalar var, eyni zamanda texnogen qəzalar baş verir. Məhz bunu nəzərə alan prezident İlham Əliyev 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin yaradılması barədə sərəncam verib: “Fövqəladə hallara hazır olmalıyıq. Bir hadisənin qarşısını almaq hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır. Ona görə də hamımız fövqəladə hallara hazır olmalıyıq. O cümlədən uşaqlar bilməlidirlər ki, fövqəladə hallarda hansı işləri görməlidirlər. Müsabiqənin keçirilməsində də məqsəd budur”.

Təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman naziri Azad Rəhimov çıxışlarında müsabiqənin əhəmiyyətindən bəhs etmiş və uşaqları təbrik etmişlər.

Sonda sərgi çərçivəsində müsabiqənin qalibləri elan olunmuş, onlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı

29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu