Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lerik şəhərində vətəndaşları qəbul etmişdir

30 may 2014-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  Lerik şəhərində , Lerik, Lənkəran, Astara,  Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 27 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 197, digər məsələlərlə bağlı müraciət etmiş 133 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.

 

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu