Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Efkan Ala ilə görüşmüşdür

26 may 2014-cü il tarixində Azərbaycan Respublikasının  fövqəladə  hallar  naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Nazir Kəmaləddin Heydərov bildirmişdir ki,  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Türkiyə Respublikasının müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.

Türkiyəli nazir səmimi qəbula görə təşəkkürünü bildirmiş, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də iki qardaş ölkənin nazirlikləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulamışdır.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi və Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

 

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu