Geri

22 may 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin Katibinin beynəlxalq məsələlər üzrə köməkçisini qəbul etmişdir

22 may 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin Katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersini qəbul etmişdir.

Görüş zamanı qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın  müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi  də qonağın diqqətinə çatdırılmışdır.

Alan Bersin səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsində  ABŞ tərəfinin maraqlı olduğunu bildirmişdir.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu