Geri

FHN və BMT İnkişaf Proqramının birgə layihəsi üzrə hesabat seminarı keçirilmişdir

21 may 2014-cü il tarixində BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdiyi  “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi üzrə Hesabat Seminarı keçirilmişdir. Seminarda layihə üzrə 2013-cü ildə görülmüş işlərin yekununa dair hesabat verilmiş, gələcək tədbir və planlar üzrə müzakirələr aparılmışdır. Seminarda həmçinin beynəlxalq ekspertlərin layihə çərçivəsində etdikləri səfər, gördüyü işlərə dair ətraflı məlumat verilmiş və sonrakı fəaliyyət planı müzakirə edilmişdir.

Hesabat seminarında Fövqəladə Hallar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Su Ehtiyatları Dövlət Agentliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AzərSu ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları və KİV-in nümayəndələri iştirak etmişlər.

Xatırladaq ki, 2012-ci ildən həyata keçirilən bu layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihədə qanunvercilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati bacarıqların gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə fəal iştirak etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu