Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur

19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Seul şəhərində 16 aprel 2014-cü il tarixində Sevol gəmisinin batması nəticəsində həyatlarını itirmiş insanların xatirəsinə ayrılmış məkan ziyarət edilmiş və gül dəstələri qoyulmuşdur.

Daha sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilmişdir. Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

 

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu