Geri

FHN-də Xorvatiya Respublikasının sabiq Prezidenti cənab Stepan Mesiç ilə görüş olmuşdur

29 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Xorvatiya Respublikasının sabiq Prezidenti cənab Stepan Mesiç ilə görüşmüşdür.

Görüş zamanı nazir fövqəladə hallar nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə ətraflı məlumat vermiş, həmçinin, nazirliyin nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində apardığı işləri də qonağın diqqətinə çatdırmışdır.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və Azərbaycanla Xorvatiya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu