Geri

FHN-də Əfqanıstan İslam Respublikasının ticarət və sənaye naziri Mohammad Şaker Karqar ilə görüş olmuşdur

29 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının ticarət və sənaye naziri Mohammad Şaker Karqar ilə görüşmüşdür.

Nazir Fövqəladə Hallar Nazirliyi və onun struktur bölmələrinin fəaliyyəti haqqında geniş məlumat vermiş və müvafiq sahələrdəki əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir.

Cənab Karqar , öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu