Geri

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin 21-ci sessiyasında iştirak etmişdir

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev cari ilin 24-25 aprel tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Məclisinin 21-ci sessiyasında iştirak etmişdir. Sözügedən tədbirdə BMMT-yə üzv olan 41 ölkə və müşahidəçi statusuna malik 6 ölkədən nümayəndələr iştirak etmişdir.

Sessiyada çıxış edən Etibar Mirzəyev Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və mülki müdafiə sahəsində görülən işlər barədə məlumat vermişdir.

Onu da qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikası BMMT-nin İcraiyyə Şurasına üzv seçilmişdir. 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu