Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 aprel 2014-cü il tarixində saat 11:00-dan Qəbələ şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal-qərb Regional Mərkəzinin inzibati binasinda (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcəkdir.

Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Simal-qərb Regional Mərkəzinin inzibati binasinda 27 aprel 2014-cü il tarixində saat 09:00-dan başlayacaqdır. 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu