Geri

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirilmişdir

23 aprel 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirilmişdir.

Təlimin məqsədi fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət və əməliyyat planlarının reallığının yoxlanılması, şəxsi heyətin birgə fəaliyyət sahəsində bacarıqlarının daha da artırılmasından ibarət olmuşdur.

Təlimə nazirliyin Aparatının müvafiq struktur bölmələri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Mülki müdafiə qoşunlarının mütəxəssisləri cəlb olunmuşdur. Eyni zamanda, təlimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri iştirak etmişlər.

Təlimə cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunması məqsədi ilə şərti hadisə yerində əməliyyat qərargahı təşkil olunmuşdur.

İki mərhələdə keçirilən təlimin birinci mərhələsində şərti olaraq baş vermiş zəlzələ nəticəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yaranmış vəziyyət qiymətləndirilmiş, yanğın hadisəsi zamanı insanların xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilmişdir.

İkinci mərhələdə isə yanğın hadisəsinin səbəblərinin araşdırılması məqsədi ilə mütəxəssislərin iştirakı ilə təhqiqat işləri aparılmışdır.

Tədbir fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatmışdır. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunmuşdur.

 

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu