Geri

FHN-də Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

14 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskas arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilmişdir.

Görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “Əməliyyat zalı” həmçinin İctimaiyyətlə əlaqə idarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Eyni zamanda, səfər çərçivəsində cənab Dailis Alfonsas Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olub. Cənab Dailis Alfonsas Barakauskasın Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına tanışlıq səfəri də planlaşdırılır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu