Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul etmişdir

Fevralın 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Quba şəhərində Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinlərinin qəbulunu keçirmişdir. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 30 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 242, digər məsələlərlə bağlı müraciət etmiş 116 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu