Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 fevral 2014-cü il tarixində saat 11:00-dan Quba şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) 27 fevral 2014-cü il tarixində saat 10:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib

20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Quba şəhərində vətəndaşların qəbulunun tarixi dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 fevral 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib....

Ardını oxu

FHN-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Fövqəladə Hallar Nazirliyində olub....

Ardını oxu