Geri

Fransanın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçirilmişdir (Video)

14 fevral 2014-cü il tarixində saat 15:15-də  Fransa Respublikasının  Azərbaycan Respublikasındakı  səfirliyinin  Bakı şəhərinin  Səbail rayonu Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki - xüsusi təlim keçirilmişdir.

Təlimin keçirilməsində  əsas məqsəd Fransa  səfirliyinin  yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlıqlarının daha da artırılmasından ibarət olmuşdur.

İki mərhələdə keçirilən   təlimin birinci mərhələsi  ssenariyə uyğun olaraq Fransanın Azərbaycandakı səfirliyinin inzibati binasında şərti  yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112”  xidmətinə məlumatın daxil olması ilə başlamışdır.

Məlumat əsasında Nazirliyin Baş əməliyyat idarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Tibb Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin qüvvələri şərti hadisə yerinə cəlb olunmuşdur.

Hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunması məqsədilə ərazidə nazirliyin əməliyyat qərargahı açılmışdır.       

Yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədi ilə, Nazirliyin  şərti hadisə yerinə ilk növbədə daxil olan motoxilasedici qrupu tərəfindən kəşfiyyat tədbirləri həyata keçirilmiş, kəşfiyyat tədbirləri zamanı aşkar olunan zərərçəkmiş insanlara ilkin tibbi yardım göstərilmiş, Nazirliyin  “112”  xidməti və hadisə yerinə cəlb olunan bölmələrin rəhbərləri əməliyyat şəraiti barədə məlumatlandırılmışdır.

Nazirliyin motoxilasedici qrupunun ardınca əraziyə daxil olan yanğınsöndürmə, xilasetmə və ilkin həkim yardımı bölmələri birgə fəaliyyətdə insanların xilas olunması, xəsarət alanlara ilkin həkim yardımı göstərilməklə tibb müəssisələrinə təxliyəsi və yanğının söndürülməsi üzrə tədbirlərin yerinə yetirilməsini nümayiş etdirmişlər.

Taktiki-xüsusi təlimin  II mərhələsi  şərti olaraq baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatmışdır. Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye təlimin  keçirilməsi ilə bağlı minnətdarlığını bildirmişdir.

Təlim zamanı qarşıya qoyulmuş  məqsədlərə nail olunmuşdur.

Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu