Geri

Fransanın Bakıdakı səfirliyinin inzibati binasında taktiki-xüsusi təlim keçiriləcək

14 fevral 2014-cü il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcəkdir. Təlimin saat 15.00-da başlanması nəzərdə tutulur.

Təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 fevral 2018-ci il tarixdə Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu