Geri

Mingəçevir su anbarında səyyar müşavirə keçirilmişdir

28 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Mingəçevir su anbarında səyyar müşavirə keçirilmişdir.

Müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunmuş, Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilmişdir.

Müşavirədə çıxış edən Kəmaləddin Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd etmiş, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışmışdır.

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu