Geri

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dənizdə köməksiz vəziyyətdə qalmış iki balıqçını xilas etmişlər (Video)

28 noyabr 2014-cü il tarixində Salyan rayonu ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış iki balıqçı sahildən təxminən 27 kilometr məsafədə Xəzər dənizində Səngi-Muğan adası yaxınlığında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd helikopteri ilə dalğıc-xilasedicilər həmin əraziyə cəlb olunmuş, köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhalinin nəzərinə çatdırır ki, kiçik həcmli gəmilər və motorlu  qayıqlar yalnız günün işıqlı vaxtı dənizə çıxa bilərlər.

Küləyin sürəti  5-7 m/s,  dalğaların hündürlüyü  0.5-0.75 m- dən artıq olduqda və görmə məsafəsi məhdud olan dumanlı hava şəraitində kiçik həcmli gəmilərin istismarı  qadağandır.

Kiçik həcmli gəmilərin Xəzər dənizində üzmə məsafəsi sahildən 2 dəniz mili və ya 3700 metrdir.

Dövlət qeydiyyatından və texniki baxışdan keçməyən, bort nömrəsi olmayan, yük və sərnişin götürmə normalarını pozan gəmilərin istismarı qadağandır.

Dənizə çıxarkən kiçik həcmli gəmilər və motorlu qayıqlar xilasedici dairə, maqnit kompası və ya GPS naviqasiya vasitələri, xilasedici canlıq (heyət sayına görə), lövbər, yanalma kəndirləri, bir cüt avar, gecə siqnalı üçün əl fənəri, vedrə və yaxud quruducu əl nasosu, ilkin tibbi yardım çantası və yanğınsöndürən balonla təchiz olunmalıdır.

Fövqəladə Hallar Nazirliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Digər məlumatlar

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlmişdir

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəlmişlər... ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyi 15-16 noyabr 2018-ci il tarixində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi keçirmişdir....

Ardını oxu

FHN Şirvan şəhərində taktiki-xüsusi təlim keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu