Geri

FHN və UNİCEF-in “Fəlakət riskinin təhlilinə dair yekun hesabat”ının təqdimatı olmuşdur

26 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) və UNİCEF-in Qəbələ rayonunda birgə həyata keçirdiyi layihə üzrə “Fəlakət riskinin təhlilinə dair yekun hesabat”ın təqdimatı olmuşdur.

Tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə çıxış edərək bildirmişdir ki, 2009-cu il martın 9-da FHN və BMT-nin İnkişaf Proqramı arasında “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi riskinin daxil edilməsi” layihəsi imzalanmış və hazırda uğurla icra olunmaqdadır. FHN, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə əməkdaşlığı və Avropa Komissiyasının Humanitar yardım şöbəsinin maliyyə dəstəyi ilə 2010-2011-ci illər ərzində “Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi” layihəsinin uğurla həyata keçirilməsi əməkdaşlığın bariz nümunəsidir. 2012-ci ilin oktyabr ayında isə FHN, Təhsil Nazirliyi və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında “Riskə məruz qalma ehtimalları olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi” layihəsinin ikinci mərhələsinin 2012-2013-cü illər üzrə Fəaliyyət Planı imzalanaraq icrasına başlanılmış və layihə uğurla tamamlanmışdır. 

F.Tağızadə qeyd etmişdir ki, məhsuldar əməkdaşlığın davamı olaraq “Azərbaycanda müəssisələrin və icmaların fəlakət riskinə davamlılığının artırılması” layihəsi üzrə 2014-2015-ci illəri əhatə edən Fəaliyyət Planına dair təqdim edilən təklifin Avropa Komissiyası tərəfindən qəbul edilməsi uşaq və yeniyetmələrin fövqəladə hal riskinə hazırlığı sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq sahəsində mühüm hadisədir.  

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxışında demişdir ki,  birgə layihə Fövqəladə Hallar Nazirliyi, UNİCEF və Qəbələ Rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın məhsuludur. A.Şilakadze bildirmişdir ki, UNİCEF fövqəladə hallarla mübarizə sahəsində Azərbaycana yerli və qlobal səviyyədə dəstək verməyə hazırdır. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu