Geri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərinin məlumatı

Ölkəmiz son illər xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf yolunda inamla irəliləyir. Sosial-iqtisadi həyatın bütün sferalarını əhatə edən mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratiyanın bərqərar olması, insan hüquq və azadlıqlarının, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarının təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. Azad sahibkarlıqla məşğul olan, bütün növ biznes strukturlarında təmsil olunan fiziki və hüquqi şəxslər üçün dövlətimiz tərəfindən hərtərəfli imkanlar yaradılmış, iqtisadiyyatın müxtəlif sahələrində onların hüquqlarının qorunması məqsədilə müasir hüquqi baza formalaşdırılmışdır. Belə ki, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanı, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli Qanunu və digər müvafiq normativ hüquqi sənədlərdə sahibkarlığın, bazar münasibətlərinin inkişafına mane olan amillərin, yersiz müdaxilələrin, səlahiyyətli dövlət orqanlarının əməkdaşlarının vəzifələrindən sui-istifadə hallarının yolverilməzliyi öz əksini tapmışdır.

Lakin təəssüflə bildirməliyik ki, son zamanlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən bəzi dələduzlar tərəfindən yoxlama adı altında aldadılaraq ayrı-ayrı sahibkarlara təzyiqlərin edilməsi, fəaliyyətlərinə qanunsuz müdaxilələrə yol verilərək normal iş prosesinə maneçilik törədilməsi, hətta müəssisənin fəaliyyətini dayandırmaq hədə-qorxusu ilə onlardan pul tələb edilməsi halları barədə məlumatlar daxil olmaqdadır. Belə halların vaxtında aşkar olunaraq həmin şəxslər barəsində qanunvericiliyə uyğun ölçü götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu bütün fiziki və hüquqi şəxslərə müraciət edərək xahiş edir ki, yoxlamaya gəlmiş şəxslərdən xidməti vəsiqə və həmin yoxlamaya səlahiyyət (icazə) verən müvafiq sənədi təqdim etmələrini tələb etsinlər, eyni zamanda, həmin şəxslərin nazirliyin əməkdaşı olduğuna və ya yoxlamanın əsaslılığına şübhə yarandıqda isə aidiyyəti üzrə aşağıda göstərilən telefon nömrələri vasitəsilə dəqiqləşdirmə aparsınlar:

- FHN Dövlət Yanğın Nəzarəti Xidməti – (12) 512-26-02; (50) 240-90-37;
- FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – (12) 512-21-83;
- FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi – (12) 512-15-02; (55) 512-12-01;
- FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi – (12) 512-46-26; (12) 512-46-37; (12) 512-46-34;
- FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi – (12) 512-17-12; (12) 512-17-37.


Fiziki və hüquqi şəxslərdən onların rastlaşdıqları hər hansı qanun pozuntusu ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzlərinə məlumat vermələri xahiş olunur.

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 fevral 2018-ci il tarixdə Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu