Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul etmişdir

30 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 108 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu