Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizdəki səfirini qəbul etmişdir

28 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Mübarək bin Fahad Əl-Tənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir. 

Nazir Kəmaləddin Heydərov bildirmişdir ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı  Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.

Səfir Mübarək bin Fahad Əl-Təni Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini bildirmişdir. 

Nazir Kəmaləddin Heydərov səfir Mübarək bin Fahad Əl-Təniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etmişdir. 

 

Digər məlumatlar

Vətəndaşın FHN-in facebook səhifəsinə müraciətinə çevik reaksiya verildi

Fövqəladə Hallar Nazirliyinin rəsmi facebook səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Foto)

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman......

Ardını oxu

FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi... ...

Ardını oxu