Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 oktyabr 2014-cü il tarixində Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) 29 oktyabr 2014-cü il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli iclas keçirilib

16 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib. ...

Ardını oxu

16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür! (Video)

Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

14 dekabr 2019-cu il tarixində saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat......

Ardını oxu