Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndə heyəti Qətərdə səfərdədir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun başçılıq etdiyi Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində (“Milipol Qətər – 2014”) iştirak etmək məqsədilə həmin ölkədə səfərdədir.

Səfərin həyata keçirilməsində əsas məqsəd nazirliklərin maddi-texniki bazasının müasir avandanlıqlarla təchiz olunması üçün müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirmək, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra görüşlər keçirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.

Səfər zamanı Əl Bəhr sarayında Qətər Dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Əl Tani Kəmaləddin Heydərov və Ramil Usubovu qəbul etmişdir. Qəbulda “Milipol Qətər – 2014” sərgisinin əhəmiyyəti barədə danışılmış, uyğun nazirliklərin fəaliyyəti barədə geniş məlumat verilmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri cənab Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşmüşdür. Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Daxili Təhlükəsizlik Qüvvələrinin rəhbəri Fahad Rəşid Əl Əli imzalamışlar.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti"nə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmuşdur....

Ardını oxu