Geri

Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə respublikamızda səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 15-də Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsini anaraq məzarları üzərinə gül dəstələri qoyublar.

Yanvarın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası və Qırğız Respublikası arasında dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq, hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi perspektivləri haqqında danışıb. Nazir, həmçinin, görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronov, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra qonaq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin, Mülki müdafiə qoşunları komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.

Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu