Geri

FHN-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş olmuşdur

3 iyun 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Macarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora ilə görüşmüşdür.

Nazir, ilk növbədə, cənab Çutoranı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Daha sonra nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi, onun qurumları və fəaliyyəti haqqında ümumi məlumat vermiş, həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri qonağın diqqətinə çatdırmışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, Azərbaycanla Macarıstan arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, bu əməkdaşlığın genişlənməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu