Geri

FHN naziri general-polkovnik Kəmaləddin Heydərov Saenuri Partiyasının Ali Şurasının və Koreya Respublikasının Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitənin sədri Yu Ki Cun-un başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 25 iyun 2013-cü il tarixində Saenuri Partiyasının Ali Şurasının və Koreya Respublikasının Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitənin sədri Yu Ki Cun-un başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir görüş zamanı qonaqlara Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən tədbirlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Nazir, həmçinin, təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üzrə hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Cənab Yu Ki Cun da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu