Geri

FHN-də Kimyəvi Silahların Qadağan olunması Təşkilatının nümayəndə heyəti ilə görüş olmuşdur

26 aprel 2013-cü il tarixində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Baş direktoru Ahmet Üzümcünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı nazir müavini FHN və onun qurumları, eyni zamanda, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır.

Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, həmçinin, Kimyəvi Silahların Qadağan olunması Təşkilatı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında mövcud əməkdaşlıqdan razılığını vurğulamış, kimyəvi təhlükəsizlik sahəsində kadr potensialının artırılması və gələcəkdə keçiriləcək təlimlərə Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin cəlb olunması üçün hər cür dəstək göstəriləcəyini qeyd etmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu