Geri

Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cari ilin 12-13 mart tarixlərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Beynəlxalq Konfrans keçiriləcəkdir.

Konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərlərinin iştirakı gözlənilir. 

Konfransın əsas müzakirə mövzusu mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər olacaqdır.

Həmçinin, konfrans çərçivəsində Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələrinin cəlb olunması ilə taktiki xüsusi təlimin keçirilməsi də planlaşdırılır. 

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair xəbərdarlığı

Məlum olduğu kimi, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin......

Ardını oxu

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu