Geri

FHN-də Əfqanıstan İslam Respublikasının nümayəndə heyəti ilə görüş olmuşdur

8 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Javed Ludinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının müvafiq qurumları arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilmişdir.

Eyni zamanda, görüş zamanı Əfqanıstan İslam Respublikasının fövqəladə halların idarə olunmasına məsul dövlət qurumları ilə birgə təlimlərin keçirilməsi, o cümlədən sözügedən dövlət qurumlarının əməkdaşlarının fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində bilik və bacarıqlarının artırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil alma perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanın bu ölkəyə göstərdiyi yardımları yüksək qiymətləndirmiş, həmçinin, aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu