Geri

FHN-də “bp” şirkətinin nümayəndə heyəti ilə görüş olmuşdur

4 fevral 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “bp” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti cənab Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Həmçinin, ötən illər ərzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə  “bp” şirkəti arasında fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlərin mühüm əhəmiyyət kəsb etdiyi qonağın diqqətinə çatdırılmışdır.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində son illər ərzində həyata keçirilmiş birgə təlimlərin əhəmiyyəti qeyd edilmiş və gələcəkdə də “bp-Azərbaycan” şirkəti ilə Fövqəladə Hallar Nazirliyi arasında imzalanmış Qarşılıqlı Fəaliyyət Planına əsasən bu kimi birgə tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və sözügedən şirkətlə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.  ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu