Geri

Avropa İttifaqı radiasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində Azərbaycana dəstək verir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Litva Respublikasının Radiasiyadan Qorunma Mərkəzi və Litva Respublikasının Layihələrin İdarə Edilməsi Agentliyi ilə birlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişaf etdirilməsi” adlı Tvininq layihəsi çərçivəsində cari ilin 15 fevral tarixində Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində “Başlanğıc görüş” adlı tədbir keçirilmişdir.

Tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Roland Kobia, Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Arturas Zurauskas, Litvanın Radiasiyadan Qorunma Mərkəzinin rəisi Albinas Mastauskas və gələcəkdə layihənin həyata keçirilməsi işlərinə cəlb edilməsi nəzərdə tutulmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Faiq
Tağı-zadə həyata keçirilən layihənin ölkə üçün çox əhəmiyyətli olduğunu vurğulayaraq bildirmişdir ki, layihənin həyata keçirilməsində məqsəd nüvə və radiasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiq edilməsinə nail olmaqdır.

Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Roland Kobia çıxış edərək bildirmişdir ki, tvininq layihələri benefisiar ölkə ilə Avropa İttifaqının üzv dövlətlərinin müvafiq qurumları arasında qarşılıqlı faydalı və möhkəm əlaqələrin qurulması üçün gözəl bir imkandır.

Litvanın Radiasiyadan Qorunma Mərkəzinin rəisi Albinas Mastauskas isə təqdimatla çıxış edərək rəhbərlik etdiyi qurum və sözügedən layihə çərçivəsində görüləcək işlər barədə məlumat vermişdir.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov da təqdimatla çıxış edərək mövcud radiasiya təhlükəsizliyi sistemi və sözügedən layihədən Azərbaycanın gözlədiyi nəticələr barədə məlumat vermişdir.

Bu ortaq layihənin ümumi məqsədi Azərbaycan Respublikasında ionlaşdırıcı şüalanmanın təsirlərinə nəzarəti artırmaq, bütün növ radioaktiv mənbələrə nəzarət siyasətini inkişaf etdirmək və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırmaqdır.

Tvininq layihəsi 24 ay müddətində həyata keçiriləcəkdir.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu