Geri

Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən daha bir məktəb istifadəyə verilmişdir

1 fevral 2013-cü il tarixində Qax rayonu Zərnə kəndində Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilən 240 şagird yerlik məktəbin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev məktəbin müasir informasiya texnologiyaları, laboratoriya və digər zəruri texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırmış, eyni zamanda, zəlzələ zamanı bölgədə tam qəzalı vəziyyətə düşən 37 məktəbdən artıq 30-a qədərinin təhvil verildiyini bildirmişdir.

O. Hacıyev, həmçinin, bölgədə zəlzələlər zamanı fəsadlar əmələ gələn digər evlərə nazirliyin müvafiq komissiyalarının baxış keçirdiyini və yekun rəy üçün sənədlərin hazırlandığını vurğulamış, zəlzələ nəticəsində evlərinə bərpa rəyi verilmiş sakinlərə kompensasiyaların ödənilməsinin davam etdirildiyini bildirmişdir.

Sonra nazir müavini Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Zərnə kəndində zəlzələ nəticəsində dağılmış və yenidən inşa edilən mənzillərə baxış keçirmiş, sakinlərin problemləri ilə maraqlanmışdır.

Həmçinin, nazir müavini Zaqatala rayon rəsmiləri ilə zəlzələdən zərər çəkmiş kəndlərdə yerli əhali ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmış, şikayətlərini dinləmiş, kompensasiyaların ödənilməsi vəziyyəti ilə tanış olmuşdur.

Digər məlumatlar

FHN Şirvan şəhərində taktiki-xüsusi təlim keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin... ...

Ardını oxu

“İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışı olmuşdur

5 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”nun açılış mərsimi keçirilmişdir. ...

Ardını oxu