Geri

FHN Akademiyasının kursantları Dövlət Bayrağı Meydanında and içdilər

Oktyabrın 17-də Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir.   

Mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. Sonra kursantlar and içmişlər.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak etmişlər.

Çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları təbrik etmiş, onlara gələcək təhsillərində uğurlar arzulamışdır.

Daha sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edərək kursantların andiçmə mərasiminin əlamətdar hadisə olduğunu qeyd etmiş, bu ali təhsil ocağının gənc kursantlarını təbrik etmişdir.

Birinci kurs kursantı Kənan Cəlilov çıxış edərək tələbə yoldaşları adından üzərlərinə qoyulmuş etimadı layiqincə doğruldacaqlarına söz vermişdir.

Mərasim təntənəli sıra keçidi ilə yekunlaşmışdır.  

 



Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  27 fevral 2018-ci il tarixdə Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır. ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu