Geri

Azərbaycanın fövqəladə hallar naziri zəlzələ bölgəsində yeni tikilmiş obyektlərin açılışında iştirak edib

2012-ci ilin may ayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.

Yanvarın 7-də  Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə  səfər edib, işlərin gedişi ilə maraqlanıb, bir sıra məktəb  və yaşayış evlərinin istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Əvvəlcə zəlzələdən zərər çəkən Balakən rayonunun Katex kəndində olan nazir  Kəmaləddin Heydərov  yenidən inşa edilən 300 yerlik Qarahacılı kənd tam orta məktəbinin açılışında iştirak edib, yeni inşa edilmiş 16 evin açarlarını kənd  sakinlərinə təqdim edib. Sonra Zaqatalanın Danaçı kəndində 500 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılışına qatılan nazir, həmçinin, yeni tikilən 50 mənzilin açarlarını kənd sakinlərinə təqdim edib. Daha sonra K. Heydərovun iştirakı ilə Qax rayonunun Qarağan kəndində 220, Dəymədağlı kəndində isə 120 yerlik yeni məktəb binalarının açılışı olub. Fövqəladə hallar naziri Şəki şəhərində 14 və 12 saylı tam orta məktəblərin  açılışlarında da iştirak edib.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən......

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu