Geri

FHN-də Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş olmuşdur

22 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Mohammad Şaker Karqar ilə görüşmüşdür.

Nazir, ilk növbədə, cənab Karqarı Azərbaycanda doplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi və onun qurumlarının fəaliyyəti haqqında geniş məlumat vermiş və Əfqanıstanla müvafiq sahələrdəki əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir.

Cənab Karqar, öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir. 

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş müzakirələr aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu