Geri

FHN-də BMT-nin Azərbaycan Respublikasında Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi ilə görüş olmuşdur

18 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycan Respublikasına yeni təyin olunmuş Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Antonius Bruk ilə görüşmüşdür.

Nazir, ilk növbədə, cənab Bruku Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Daha sonra nazir Fövqəladə Hallar Nazirliyi (FHN) və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat vermiş, həmçinin, FHN ilə BMT-nin müvafiq qurumları arasındakı ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının zəruriliyini qeyd etmişdir.

Qonaq, öz növbəsində, səmimi qəbula görə təşəkkür edərək aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Həmçinin, görüş zamanı FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin icrasının gedişatı ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən......

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu