Geri

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən

Sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş vermiş və partlayış  nəticəsində yanğın ətrafa yayılmağa başlamışdır.

Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və  Sumqayıt şəhər  prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri gələrək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Fakta görə  Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən olunmuşdur  ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının  pozulmasına yol verilmişdir.

Hadisə nəticəsində 2 nəfər ölmüş, bir nəfər itkin düşmüş, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışlar.

Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.

Hazırda yanğının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu