Geri

FHN-də Niderland Krallığının Baş nazirinin müavini Maksim Verhagenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur

Sentyabr ayının 13-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə Niderland Krallığının Baş nazirinin müavini Maksim Verhagenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Nazir görüş zamanı qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Niderland Krallığının müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğu qonağın diqqətinə çatdırılmışdır. Eyni zamanda, görüş zamanı ölkəmizdə suların idarə olunması ilə əlaqədar görülmüş işlər və bu sahənin inkişaf etdirilməsi məqsədilə Niderland Krallığının bir sıra qabaqcıl şirkətləri ilə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdirildiyi qeyd edilmişdir.

Cənab Maksim Verhagen də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında fövqəladə halların idarə olunması üzrə məsul qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı

29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu