Geri

FHN Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirmişdir

2 may 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Heydər Əliyev Beynəlxalq Aeroportunda “Hava gəmilərində baş verən yanğınlar zamanı insanların (sərnişin və heyət üzvlərinin) xilas edilməsi və yanğının söndürülməsi” mövzusunda taktiki təlim keçirmişdir.

Təlimin keçirilməsində əsas məqsəd DYMX ilə aeroportun Təhlükəsizlik Xidməti arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, həmçinin, çevikliyinin yüksəldilməsindən ibarət olmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Təhlükəsizlik Xidməti ilə birlikdə keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və FHN-in “112” və ya “101” zəng mərkəzinə ötürülməsi, yanğınsöndürmə və xilasetmə xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyyə edilməsi, təyyarənin daxilində, eyni zamanda, ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilmişdir.

Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 70-dən çox yanğınsöndürəni, Heydər Əliyev Beynəlxalq Aeroportunun Təhlükəsizlik Xidmətinin və hava gəmilərinin heyəti cəlb edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu