Geri

FHN “İzotop” xüsusi kombinatı fəaliyyətini təkmilləşdirir

“İzotop” xüsusi kombinatı 2007-ci ildən başlayaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) birlikdə AZB/3/002 “İstifadədən çıxarılmış radioaktiv mənbələrin uzunmüddətli saxlanması üçün hazırlanması” adlı texniki əməkdaşlıq layihəsini həyata keçirir. Layihə çərçivəsində “İzotop” xüsusi kombinatında yüksək aktivli radioaktiv mənbələrlə müxtəlif əməliyyatların aparılması imkanını yaratmaq üçün “texnoloji kamera”nın qurulması nəzərdə tutulmuşdur.

Layihə ilə əlaqədar “texnoloji kamera”nın bir sıra tərkib hissələri – radioaktiv mənbələrlə əməliyyat aparıldıqda şüalanmanın doza gücünə nəzarət etmək üçün nəzərdə tutulan geniş diapazonlu qamma detektor və monitor dəsti, radioaktiv mənbələrlə qoruyucu divar arxasında əməliyyat aparmaq üçün nəzərdə tutulan manipulyasiya maşaları dəsti və radioaktiv mənbələrlə əməliyyatların aparılması zamanı operatoru şüalanmadan qorumaq üçün nəzərdə tutulan qurğuşunlu şüşələr AEBA tərəfindən alınaraq, “İzotop” xüsusi kombinatına göndərilmişdir.

Həmçinin, texniki dizayn layihəsinə əsasən, “texnoloji kamera”nın qeyri-standart hissələrinin istehsalı, hazırlanması və kameranın “İzotop” xüsusi kombinatında yığılması üçün beynəlxalq tender elan edilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib

20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Quba şəhərində vətəndaşların qəbulunun tarixi dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 fevral 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib....

Ardını oxu

FHN-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Fövqəladə Hallar Nazirliyində olub....

Ardını oxu