Geri

FHN-də “BP” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti ilə görüş olmuşdur

6 fevral 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “BP” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti cənab Rəşid Cavanşiri qəbul etmişdir.

Görüş zamanı nazir Fövqəladə Hallar Nazirliyi və “BP” şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini qeyd etmiş, gələcəkdə görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirmişdir.

“BP” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti cənab Rəşid Cavanşir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, əməkdaşlıqda maraqlı olduğunu qeyd etmiş və bu kimi görüşlərin iki qurumun əlaqələrinin genişləndirilməsi baxımından geniş imkanlar açacağına ümid etdiyini diqqətə çatdırmışdır.

Görüşdə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BP şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qarşılıqlı Fəaliyyət Planı” imzalanmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu