Geri

Milli radioloji qəza planının hazırlanmasına dəstək layihəsi

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi beynəlxalq əməkdaşlıq sahəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əlaqələrin inkişaf etdirilməsinə mühüm yer verir. Bu əlaqələr çərçivəsində ölkəmizdə radiasiya təhlükəsizliyi sahəsində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə AEBA ilə əməkdaşlıq əsasında Agentlik tərəfindən “Milli radioloji qəza planının hazırlanmasına dəstək” adlı yeni texniki əməkdaşlıq layihəsi hazırlanaraq təklif edilmişdir.

Layihədə nüvə və radioloji qəza hallarında cavabvermə tədbirlərinə cəlb olunacaq orqanlar, fövqəladə qəza halları zamanı istifadə olunacaq rabitə sistemləri, plan üzrə öhdəliklərə uyğun olaraq dövlət orqanlarının imkanları təsvir olunacaqdır.

Layihə çərçivəsində Azərbaycan Respublikasında radioloji qəza hallarına hazırlıq və cavabvermə tədbirləri üzrə işlərin hər bir mərhələsində iştirak edən bütün təşkilatların rolu və vəzifələri dəqiq müəyyən edilməklə radioloji qəza halına dair Milli Planın hazırlanması da nəzərdə tutulmuşdur.

Layihənin 2012-2013-cü illərdə həyata keçirilməsi nəzərdə tutulur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb. ...

Ardını oxu

FHN Akademiyasına sənəd qəbulu 8-19 iyul 2020-ci il tarixlərində məsafədən davam etdiriləcək

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq istəyən namizədlər aşağıda qeyd olunan sənədləri pdf formatında 8-19 iyul 2020-ci il tarixlərində sqk@fhn.gov.az elektron ünvanına göndərməklə namizəd kimi qeydə alınacaqlar......

Ardını oxu

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər....

Ardını oxu