Geri

FHN-də İran İslam Respublikasının səfiri ilə görüş keçirilmişdir

8 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pak Ayini qəbul etmişdir.

Görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat vermişdir. Həmçinin, Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının müvafiq qurumları arasında əlaqələrin inkişafının vacibliyini vurğulamışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və əməkdaşlığın dərinləşməsi üçün səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində vətəndaşları qəbul etmişdir

7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən İmişli şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 noyabr 2018-ci il tarixində İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 7 dekabr 2018-ci il tarixinə təyin edilmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  30 noyabr 2018-ci il tarixində İmişli şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu