Geri

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov AEBA-nın ekspertlərdən ibarət nümayəndə heyətini qəbul etmişdir

Noyabrın 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Horst Monken Fernandesin rəhbərlik etdiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə yaxından əməkdaşlıq etdiyini bildirmiş, Abşeron yarımadasında ekoloji problemlərin aradan qaldırılması istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdən bəhs etmişdir. Hazırlıq işlərinə cari ilin may ayında başlanılmış "Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi" layihəsinin əhəmiyyətindən danışan Kəmaləddin Heydərov bildirmişdir ki, bu layihə AEBA-nın ekspertlərinin nəzarəti altında, müvafiq təlimatlar və təhlükəsizlik qaydalarına riayət olunmaqla reallaşdırılmışdır. Hər iki reabilitasiya olunmuş istehsalat sahəsində eletrifikasiya işləri aparılmış, ərazilərə su xətləri çəkilmiş, ətrafda yerləşən yaşayış massivlərinin kanalizasiya sistemi inşa edilmişdir. Həmin ərazilərə münbit torpaq daşınmışdır. Reabilitasiya olunmuş ərazilərdə yeni ekoloji parkların salınması da nəzərdə tutulur.

Nazir xüsusi vurğulamışdır ki, respublikamızın dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq təkcə iqtisadi inkişaf deyil, həm də ekoloji cəhətdən təmiz həyat tərzinin təmin olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bu cür layihələr icra olunur, böyük işlər görülür.

Nümayəndə heyətinin rəhbəri Horst Monken Fernandes Fövqəladə Hallar Nazirliyi tərəfindən layihənin çox qısa müddətdə yerinə yetirilməsindən məmnunluğunu ifadə etmiş, layihənin icrasının ilkin qiymətləndirilməsi zamanı ərazidə artıq heç bir radioaktiv maddəyə rast gəlinmədiyini bildirmişdir. O, demişdir ki, ərazilərin təmizlənməsi beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilmişdir. Ətraf ərazilərdə yaşayan insanları radiasiyaya məruz qoya biləcək risklərə yol verilməmişdir. Təmizləmə əməliyyatlarından sonra həmin ərazilərə yenidən baxış keçirilmiş və görülən işlər müsbət qiymətləndirilmişdir. Demək olar ki, nə Ramana, nə də Suraxanı istehsalat sahələrinin ərazisində radioaktiv çirklənmə mövcud deyildir.

Horst Monken Fernandes xüsusi vurğulamışdır ki, Fövqəladə Hallar Nazirliyinin nəzarəti və rəhbərliyi altında həyata keçirilən bu layihə dünya təcrübəsində ikinci, milli şirkət tərəfindən ölkədaxili resurslar hesabına başa çatdırılan birinci layihədir. Bu təcrübənin beynəlxalq aləmdə yayılması olduqca vacibdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

   

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 noyabr 2017-ci il tarixində Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

Ardını oxu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilmişdir

14 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı  keçirilmişdir. ...

Ardını oxu