Geri

Bakının Sabunçu və Suraxanı rayonlarında radioaktiv çirklənməyə məruz qalan ərazilər təmizlənmişdir

Noyabr 29-da Fövqəladə Hallar Nazirliyində “Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi” layihəsinin yekunlaşdırılması ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, AMEA-nın Radiasiya Problemləri İnstitutunun və digər təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən layihəyə 2012-ci ilin may ayından başlandığını qeyd edərək, ötən müddət ərzində Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin nəzarəti altında «Ecoland» MMC tərəfindən çox böyük işin aparıldığını və layihənin uğurla yekunlaşdırıldığını iştirakçıların diqqətinə çatdırmışdır.

Sonra görülən işləri özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir.

AEBA ekspertləri Andrey Çupov, Horst Moken Fernandes, AMEA Radiasiya Problemləri İnstitunun direktoru Adil Qəribov və digər çıxış edənlər layihənin uğurla həyata keçirildiyini və iş aparılan ərazilərdə radiaktiv çirklənmənin tam aradan qaldırıldığını qeyd etmişlər.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

Ardını oxu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilmişdir

14 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı  keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak etmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak etmişdir....

Ardını oxu