Geri

Layihə uğurla yekunlaşdırıldı (VİDEO)

Məlum olduğu kimi noyabr ayının 29-da Fövqəladə Hallar Nazirliyində "Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi" layihəsinin yekununa  həsr edilmiş  tədbir keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən layihəyə 2012-ci ilin may ayından başlanılıb və konkret nəticələrə nail olunub. Layihənin  icrasının beynəlxalq standartlara cavab verməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və  bir sıra xarici ölkələrin ekspertləri Bakı şəhərinə dəfələrlə dəvət olunublar. Yerli mütəxəssislər də qabaqcıl ölkələrin bu sahədə təcrübəsini öyrənmək üçün müxtəlif xarici ölkələrə ezam ediliblər. Beləliklə, AEBA-nın yerli mütəxəssislərilə birgə "Texniki Tapşırıq" və digər normativ sənədlər hazırlanaraq, razılaşdırılma protokoluna əsasən həmin ərazidə reabilitasiya işləri "Ecoland" MMC-yə həvalə olunub. "Ecoland" MMC" - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin  nəzarəti  və rəhbərliyi altında həyata keçirdiyi bu layihə dünya təcrübəsində ikinci, milli şirkət tərəfindən ölkədaxili resurslar  hesabına başa çatdırılan birinci layihədir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin eksperti  Horst Riçard Monken Fernandes : - Çirklənmiş ərazilərin təmizlənməsini çox müsbət qiymətləndiririk. Artıq bu layihə uğurla başa çatdı. Deyə bilərəm ki, iş çox qısa zaman kəsiyində və peşəkarlıqla tamamlandı. Orada apardığımız yekun monitorinqdə müsbət nəticələr əldə olundu. Deyə bilərəm ki, orada apardığımız qiymətləndirmələr zamanı radioaktivliyə rast gəlmədik. İlkin nəticə və tapıntılarımız bundan ibarətdir ki, təmizləmədən sonra ərazidə hər hansı radioaktivlik maddə tapılmadı. Biz FHN ilə icra olunmuş bu layihənin icrasından razıyıq.







Atom enerjisi üzrə Beynəlxalq Agentliyin eksperti Andrey Çupov: - Azərbaycan hökümətinin müraciəti əsasında həyata keçirilən bu layihə uğurla reallaşdırıldı. İşçi qrupuna daxil olan şəxslər peşəkar ekspertlər idi.







Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  20 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov aprelin 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. ...

Ardını oxu

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu