Geri

FHN-də Norveç Krallığının səfiri ilə görüş keçirilmişdir

16 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erling Şönsberq və «Statoil» şirkətinin Azərbaycan üzrə direktoru cənab Lars Sörensen ilə görüşmüşdür.

Görüş zamanı nazir Kəmaləddin Heydərov nazirlik, onun strukturu və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Nazir, həmçinin, fövqəladə halların idarə olunması, xüsusilə də neft dağılmaları sahəsində Norveçin müvafiq qurumları ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.

Səfir öz növbəsində, səmimi qəbula görə təşəkkür edərək Azərbaycanla Norveç arasında aidiyyəti qurumların əməkdaşlığı üçün geniş imkanların mövcud olduğunu bildirmiş, bu istiqamətdə birgə fəaliyyətin zəruriliyini vurğulamışdır.

 Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Norveçin aidiyyəti qurumları arasında təcrübə və mütəxəssis mübadiləsi, qarşılıqlı səfərlərin təşkil olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu