Geri

FHN Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Abşeron Taxıl MMC", "Dəvəçi-Dəyirman MMC", "Karat-Holdinq", "Karmen", "FATOĞLU", N.Quliyev adına Bakı-Taxıl, "Araz ASC" "Aveta", "EL" KM və "Neon" firması müəssisələri vasitəsilə cari ilin oktyabr ayının 6-dan noyabr ayının 15-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 320 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:

I. Dənin naturası (bir lititlik purkalarda qramla):

buğda üçün - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə)

buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün

bitkilər üçün -13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq -3-cü sinif

buğda üçün - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla

VI.  Şüşəvarilik

-3-cü sinif buğda üçün  - 40-45% hüdudlarında

VII.  İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər    -yol verilmir

IX.  Anbar ziyanvericiləri   - yol verilmir

ilə sirayətlənmə bütün bitkilər üçün

 

X.  Digər əlamətlər -bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

"Abşeron Taxıl MMC": Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi,

Tel: 012-342-90-03; 0-70-345-12-18,

"Dəvəçi-Dəyirman MMC": Şabran şəhəri, Nizami küçəsi-1,

Tel: 0115-3-23-21, 0-55-760-35-05;  0-50-382-35-84

"Karat-Holdinq": Xirdalan şəhəri, Şamaxı şossesi-23,

Tel.: 012-342-09-50, 0-50-223-18-97

"Karmen" MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23,

Tel.: 012-342-59-12.

"FATOĞLU": Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, 

022-56-94-44; 012-418-45-38; 0-50-222-08-20

N.Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə.

Tel. 012-567-00-76; 566-21-72

"Araz ASC": Zığ şossesi 27,

Tel. 0-50-502-29-08; 012-379-10-29; 012-373-04-89.  faks: 012-373-90-00

"Aveta" MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6,

tel.: 0145-6-60-08, 0-50-200-11-97, Faks: 0145-6-60-03

"Neon" firması : Gəncə şəhəri, Ə.Əliyev küç. 3,

tel./faks: 022-57-57-22, 0-50-220-30-27

"EL" KM: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300,

012-346-08-08, 012-346-08-00

Digər məlumatlar

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul etmişdir

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu