Geri

FHN-də Bolqarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Maya Xristova ilə görüş olmuşdur

31 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristova ilə görüşmüşdür.

Nazir, ilk növbədə, ölkəmizə yeni təyin olunmuş səfirə fəaliyyətində uğurlar arzulayaraq səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bolqarıstan Respublikasının müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğu səfirin diqqətinə çatdırılmışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu